RU

Aygün Attardan keçmiş səfirə: Bu, həddini aşnaqdır

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Tanınmış siyasi tarixçi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar sabiq səfir və keçmiş CHP millət vəkili Osman Faruk Loğoğlunun Azərbaycan Prezidenti İlham Əliyev barədə paylaşımına sərt reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, Aygün Attar sosial şəbəkə paylaşımında bildirib:

“Cənab səfir, 30 il ərzində əhalisinin yarısı türklərdən ibarət olmasına və dindaş olmağımıza baxmayaraq, İran Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında dayanıb.

44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan və Türkiyə ilə ortaq mövqe sərgiləməkdən çəkinən və İrəvana öz ərazisindən silah daşınmasına icazə verən İranın bu gün çətin vəziyyətdə olmasına baxmayaraq, Azərbaycan onun qarşısında yer almadı, sərhədi bağlamadı.

Müharibənin qarşısının alınması üçün Türkiyə ilə birlikdə aktiv səylər göstərdi. Öz ərazisindən İrana qarşı heç bir ölkənin hücumuna icazə verməyəcəyini bəyan etdi.

İranın dini lideri Əli Xameneinin vəfatı səbəbilə İran səfirliyini şəxsən ziyarət edərək başsağlığı verən dünyada yeganə dövlət başçısı İlham Əliyev oldu.

İranın Naxçıvana hücumundan az əvvəl  Livandan iranlı diplomatların çıxarılması üçün Tehranın Azərbaycan Xarici İşlər Nazirliyindən yardım istədiyini və Prezident Əliyevin “nə kömək lazımdırsa, göstərilsin, belə günlərdə qonşular bir-birinə dəstək olmalıdır” tapşırığı verdiyini hücumdan sonra böyük üzüntü ilə açıqladı.

Bu qədər xoş niyyətə baxmayaraq, Azərbaycanla yeganə əlaqəsi hava yolu ilə mümkün olan Naxçıvanın Beynəlxalq Hava Limanına və bir orta məktəbə İrandan göndərilən hərbi sursatla hücum edilməsi sakit qarşılanacaq hadisədirmi?

Hamımız cənab Əliyevin reaksiyasını – həm dövlət başçısı kimi, həm də bu qədər xoş niyyətə baxmayaraq, İrandan gələn “namərd” hücumun yaratdığı məyusluğun ifadəsi kimi – başa düşdük.

ABŞ-də Türkiyənin səfiri olmuş təcrübəli diplomat olaraq sizin bunu anlamamağınız mümkün deyil.

Keçmiş CHP millət vəkili kimliyinizin diplomat kimliyinizdən üstün gəlməsi səbəbilə açıqlamanı başqa istiqamətlərə çəkmək cəhdinizi başa düşürəm, amma Azərbaycanın məsələsini Türkiyənin daxili siyasətinə alət etməyiniz çox üzücüdür.

Üstəlik, nə Türkiyədə, nə də Azərbaycanda bunun qarşılığı var.

İcazənizlə, diplomatların çox yaxşı bildiyi bir qaydanı da xatırlatmaq istəyirəm. Təqaüddə olan bir səfirin vəzifədə olan bir dövlət başçısına xoş olmayan üslubla yol göstərməsi, yuxarıdan aşağıya tərzdə nə etməli olduğunu deməsi ən yumşaq ifadə ilə qarşılıqlılıq prinsipinə ziddir.

Daha açıq deməli olsam, bu həddini aşmaqdır.

Həqiqəti eşitmək sizi narahat etmiş ola bilər, üzr istəyirəm.

Ümid edirəm, bölgəmiz tezliklə sülhə qovuşar və Türkiyə-Azərbaycan qardaşlığına xidmət edən hər kəsə salam və hörmətlərimi çatdırıram”.

Attar həmçinin qeyd edib ki, daha əvvəl CHP-nin xarici siyasət üzrə rəhbərlərindən biri və sabiq səfir Ünal Çeviköz də Qarabağ müharibəsi zamanı Azərbaycana dair qalmaqallı açıqlama vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
bakivaxti.az

1Источники