RU

"Çin İrana hərbi yardım göstərməyə hazırlaşır..."-"CNN"

Çin İrana maliyyə yardımı, eləcə də ehtiyat hissələri və raket komponentləri verməyə hazırlaşa bilər.
 
Moderator.az xəbər verir ki,  "CNN" bu haqda özəl mənbələrinə istinadla məlumat yayıb. 
 
Məlumatda deyilir ki, ABŞ kəşfiyyatı bunu təsdiqləyən informasiyalara malikdir.
 
Jurnalistlər qeyd ediblər ki, Pekin İran neftindən çox asılı olsa da və "Tehrana Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə icazə verməsi üçün təzyiq göstərsə də"indiyə qədər ABŞ-İran müharibəsindən kənarda qalıb.
 
Bir mənbə nəşrə izah edib ki, "Çin dəstəyində daha ehtiyatlıdır. O, enerji təchizatını təhdid etdiyi üçün müharibənin bitməsini istəyir".
 
Bu arada ABŞ  Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) məsələ ilə bağlı şərh verməkdən imtina edib.
 
S.Laçın
Избранный
20
1
moderator.az

2Источники