İran Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Birgə Dəniz Əməliyyatları Mərkəzində iştirak edən bir qrup zabitin yerləşdiyi binaya hücum etdi.
"Report"un "Sky News Arabia"ya istinadən məlumatına görə, bu barədə təşkilatın baş katibi Casim Əl-Budeyvi bildirib.
Onun sözlərinə görə, hücuma məruz qalan binada KƏŞ-in Birgə Dəniz Əməliyyatları Mərkəzinin işində iştirak edən Qətərin Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşdirilib.
Əl-Budeyvi İranın hücumunu bütün beynəlxalq qanunları və normaları pozan düşmənlik hərəkəti adlandırıb.
Qətər zabitləri arasında mümkün itkilər barədə məlumat verilmir.