RU

Samuxda ailə DRAMI – 21 yaşlı oğul anasını bıçaqladı – DETALLAR

Samuxda  kəsici-deşici alətdən xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Əhmədbəyli kənd sakini 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova dərhal əməliyyata götürülüb. Qadının vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin versiyaya görə, kənd sakini, Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.
 

Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
52
1
bizim.media

10Источники