RU

Tramp ABŞ maraqlarına zidd addımlara qəti cavab verəcək

BAKI, 7 mart. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset Rusiyanın İrana ABŞ hərbi kəşfiyyatının ötürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf xarici mediaya istinadla xəbər verir ki, Pit Heqset məsələ ilə bağlı ABŞ prezidenti Donald Trumpın məlumatlı olduğunu qeyd edib.

Nazirin sözlərinə görə, ABŞ-nin maraqlarına zidd olan hər hansı addıma, istər açıq, istərsə də gizli şəkildə həyata keçirilsin, qəti cavab veriləcək.

Heqset əlavə edib ki, Vaşinqton bu kimi məsələləri diqqətlə izləyir və milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə adekvat reaksiya verməyə hazırdır.

Избранный
115
teleqraf.com

1Источники