RU

Tehrandakı səfirlik əməkdaşlarının böyük hissəsi təxliyə edilib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib.

"Cebheinfo.az" xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü əlavə edib ki, Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğu heyətinin təxliyəsi isə tam başa çatıb.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki Baş konsulluğun İrandan evakuasiya edilməsi barədə tapşırıqlar verdiyini bildirmişdi.

"Cebheinfo.az"

Açar sözlər:

Tehran təxliyə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
13
cebheinfo.az

10Источники