RU

Linz şəhərində iki cüdoçumuz tatamiyə çıxacaq

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin ikinci günündə iki idmançımız tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilər arasında 81 kq çəki dərəcəsində ölkəmizi Vüsal Qələndərzadə və Ömər Rəcəbli təmsil edəcək.

V.Qələndərzadə yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun rəqibi Yaponiyanı təmsil edən Takahiro Yamaşina olacaq.

Ö.Rəcəbli isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq. O, ABŞ idmançısı Yohan Silot ilə Macarıstan təmsilçisi Benedek Tot arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
100
1
icma.az

2Источники