RU

Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadının XİLASETMƏ GÖRÜNTÜLƏRİ

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadının XİLASETMƏ GÖRÜNTÜLƏRİ

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota Corolla", "Hyundai" və "Toyota Prius" markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. Məlum olub ki, "Toyota Prius" markalı minik avtomobilində vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1994-cü il təvəllüdlü Nəzrin Faiq qızı İslamzadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
101
21
oxu.az

10Источники