RU

Fahrettin Altun səfir təyin edildi » AzadMedia.az


Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) sədri Fahrettin Altun yeni vəzifəyə təyin olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və “Resmi Gazete”də dərc edilən qərara əsasən, Altun Vatikan üzrə Türkiyənin səfiri təyin edilib.

Kommunikasiya elmləri professoru olan Altun daha əvvəl Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri və TİHEK sədri vəzifələrində çalışıb.

Altun TRT 1, TRT 2 və “TRT Haber” başda olmaqla, bir sıra televiziya kanalları üçün xəbər və müzakirə proqramları hazırlayıb.
Избранный
11
2
azadmedia.az

3Источники