RU

Salyan sakinində avtomat və narkotik aşkarlanıb

Salyanda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan polisinin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.
Həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə də 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Salyan
Избранный
39
16
apa.az

10Источники