RU

Sumqayıtda qaz xətti zədələndi: Mindən çox abonent qazsız qaldı

Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Maksim Qorki küçəsində qeydə alınıb.

Diametri 108 millimetr olan yüksəktəzyiqli qaz xətti avtoqəza nəticəsində zədələnib. Bu səbəbdən ərazidə qaz təchizatı dayandırılıb. Nəticədə təxminən 1100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Hazırda qəza baş verən ərazidə müvafiq qurumların əməkdaşları təmir-bərpa işləri aparır.

Избранный
46
12
nocomment.az

10Источники