RU

Ölkə ərazisində dumanlı, əsasən yağmursuz hava şəraiti gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava haqqında məlumatı açıqlayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, martın 8-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Naxçıvan Muxtar Respublikasında – Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 10-15° isti olacaq.

Qarabağ bölgəsində – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli və Ağdam rayonlarında, həmçinin Daşkəsən-Gədəbəy və Göygöl ərazilərində əsasən yağmursuz hava şəraiti gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 7-12° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalan ərazilərində də əsasən yağmursuz hava şəraiti gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, dağlıq ərazilərdə gecə 0-2° şaxta, gündüz 7-10° isti olacaq.

Избранный
37
49
azerbaijan-news.az

10Источники