RU

Kürdəmirdə güclü yanğın: İkimərtəbəli ev əşyaları ilə birlikdə kül oldu - VİDEO

Kürdəmirin Sığırlı kəndində yanğın baş verib.
 
Kənd sakini Raqif Zeynalova məxsus ümumi sahəsi 380 kvadratmetr olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
 
"Balam evdə yox idi. Ev-eşiyi yanıb külə döndü. 20 illik əziyyət heç oldu. Cehiz də içində idi, hər şey yandı", - deyə ev sahibinin anası Əfiqə Zeynalova Baku TV-yə hadisə barədə danışarkən bildirib.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb.
 
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Избранный
84
5
moderator.az

7Источники