RU

“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!

Bu gün Misli premyer-liqasında 3-cü dövrəyə start veriləcək. Elita iştirakçıları 23-cü tur çərçivəsində növbəti oyunlarını keçirəcək.

“Football-plus.az”ın məlumatına görə, komandaların bu matçlar üçün cəzalı durumda olan futbolçularının adları bəllidi.

Belə ki, “Karvan-Yevlax”ın qonağı olacaq “Sumqayıt” Aleksandr Ramalinqomla Nikola Ninkoviçin, “Turan Tovuz”u qəbul edəcək “Neftçi” Mustafa Sekin xidmətindən yararlana bilməyəcək. “Doğma divarlar” arasında “Araz-Naxçıvan”la qarşılaşacaq “Qarabağ”da da itkilər var. Kadi Borgeslə Mateus Silvanın bu matçda forma geymək hüququ olmayacaq. Səfərdə “Zirə” ilə qarşılaşacaq “Kəpəz” isə Şakir Seyidovu meydana buraxa bilməyəcək.

Göründüyü kimi, “Sabah”, “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan”, “Şamaxı”, “İmişli”, “Qəbələ” və “Karvan-Yevlax”ın cəzalı futbolçusu yoxdu.

Xatırladaq ki, 23-cü turun oyunları martın 7-10-u aralığında keçiriləcək.

KƏNAN BAHADIR

Избранный
108
football-plus.az

1Источники