RU

Fırıldaqçılar bayram günlərində necə aldadırlar

ain.az, Azvision saytına istinadən bildirir.

Ən çox rast gəlinən sxemlərdən biri “təcili turlar” barədə mesajlardır. Bu təkliflərdə bir sutka ərzində ödəniş edildiyi halda 50%-dək endirim vəd olunur. Qurbanın etibarını qazanmaq üçün cinayətkarlar saxta sənədlər təqdim edir və real tur operatorlarının üslubunu təqlid edirlər. 2025-ci ildə saxta aqreqator saytların və məşhur şirkətlərin saxta səhifələrinin sayı artıb. Bu saytlarda tez-tez otellərin real fotoları və rəyləri yerləşdirilir, lakin keçidlər saxta ödəniş formasına aparır. Bundan əlavə, məşhur brendlərin loqotipləri ilə göndərilən fişinq məktubları da geniş yayılıb. Bu mesajlarda “ günün sonunadək bronu təsdiqləyin” kimi bildirişlər olur. Fırıldaqçılar həmçinin turizm kanallarında və çatlarında reklam yerləşdirə və ya müxtəlif uduşlar haqqında mesajlar göndərə bilərlər. Telegram-da istifadəçilər “sərfəli tur seçimi” vəd edən botlarla da qarşılaşa bilərlər ki, onlar əslində şəxsi məlumatları toplamaq məqsədi güdürlər. Bundan başqa, dəmir yolu biletlərinin satışı platformalarını təqlid edən saxta saytların sayı da artıb. Fırıldaqçıların qurbanına çevrilməmək üçün həddindən artıq sərfəli təkliflərə şübhə ilə yanaşmaq, saytın ünvanını diqqətlə yoxlamaq və biletləri, otel bronlarını yalnız rəsmi platformalar vasitəsilə ödəmək tövsiyə olunur. Röya Əliyeva

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
103
azvision.az

1Источники