RU

Merkel: Avropa Ukraynaya həm hərbi yardım etməli, həm də diplomatik güc göstərməlidir

ain.az bildirir, Bizimyol portalına istinadən.

Almaniyanın sabiq kansleri Angela Merkel (2005–2021) geosiyasi vəziyyətin dəyişməsi fonunda Avropanın daha müstəqil olmalı olduğunu, ABŞ-dan asılılığın azaldılması və Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərin gücləndirilməsini vurğulayıb.

Bizimyol.info xəbər verir ki, bunu Merkel Hamburg bələdiyyəsində keçirilən ənənəvi Matthiae-Mahl qəbulunda çıxışı zamanı bildirib.

“Avropa heç vaxt olmadığı qədər öz taleyini əlinə almalıdır”, – deyə sabiq kansler qeyd edib. Merkel həmçinin qeyd edib ki, Avropa “vahid səs”lə danışa bilməli və dünya səhnəsində müstəqil siyasi güc kimi qəbul edilməlidir. “Mənim üçün bu, təhlükəsizlik aspektlərinin hüdudlarını xeyli aşır”, – deyə o əlavə edib. Eyni zamanda, o, Avropa İttifaqının rəqəmsal sahədə də daha müstəqil olmalı olduğunu vurğulayıb.

Ukrayna məsələsinə toxunan Merkel bildirib ki, Avropa İttifaqı həm Ukraynaya hərbi yardım göstərməli, həm də münaqişənin dayandırılması üçün diplomatik gücünü ortaya qoymalıdır. O, 2021-ci ildə belə düşünürdü ki, Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar yalnız ABŞ-a həvalə edilməməlidir.

Lakin sabiq kansler hesab edir ki, Avropa İttifaqının müstəqilliyi və özünəməxsusluğu yalnız maliyyə resursları ilə mümkün ola bilər. “Buna görə sağlam və inkişaf edən iqtisadiyyat, daxili bazarın gücləndirilməsi və Avropa xaricində ticarətin artırılması ən vacib amillərdəndir”, – deyə Merkel son dövrlərdə Hindistan və MERCOSUR (Cənubi Amerika İqtisadi Birliyi) ölkələri ilə bağlanmış ticarət razılaşmalarını xatırladıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
61
icma.az

1Источники