RU

Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? VİDEO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə xüsusi cihaz vasitəsilə işıqforların iş prinsipinə kənar müdaxilə edilməsi ilə bağlı görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, paylaşılan videoda kiçik ölçülü cihazla işıqforun işığının dəyişdirilməsi öz əksini tapıb.

View this post on Instagram

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov belə bir şeyin mümkün olmadığını bidirib.

"Bəzi ölkələrdə yol kəsişmələrində operativ nəqliyyat vasitələrinin (təcili yardım, yanğınsöndürmə, polis və s.) hərəkətini sürətləndirmək məqsədilə xüsusi dalğa qəbuledici qurğular quraşdırılıb ki, bu sistemlər vasitəsilə operativ nəqliyyat vasitəsi yaxınlaşdıqda işıqfor siqnalları avtomatik olaraq dəyişir və həmin nəqliyyat vasitəsinə üstünlük verilir. Lakin beynəlxalq təcrübəyə əsasən, belə hallarda işıqforlara kənar müdaxilələrin edildiyi müşahidə olunur.

Ölkə yollarında olan işıqforlar həm nəzarətdə saxlanıldığından, həm də yollarımızda xüsusi dalğa qəbuledici qurğular quraşdırılmadığından işıqforların iş prinsipinə kənar müdaxilələrin edilməsi qeyri-mümkündür. Ona görə də müxtəlif universal radio-siqnal qurğuları (məsələn, "Flipper Zero" tipli cihazlar) vasitəsilə işıqfor işıqlarının dəyişdirilməsi mümkün deyil", - deyə Ö.Xıdırov vurğulayıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
oxu.az

1Источники