RU

Azərbaycana Asiya ölkələrindən turist axını azalıb

Bu ilin yanvar ayında Azərbaycan Asiya ölkələrindən 35 min 616 turist qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % azdır.

Yanvar ayında region üzrə turist axınının strukturu bir qədər dəyişib. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 27,1 % azalaraq 17 min 1 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 13,5 % artaraq 14 min 521 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 3,4 % artaraq 3 min 85 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 17,3 % azalaraq 1 009 nəfər olub.

Cənubi Asiya ölkələri arasında ən çox turist Hindistandan olub – 9 min 070 nəfər. Lakin bu istiqamətdə 46,9 % azalma qeydə alınıb. Pakistandan 6 min 758 nəfər (+28,2 %), Şri Lankadan 573 nəfər (+52 %), Banqladeşdən 305 nəfər (-22,8 %), Nepaldan 195 nəfər (+8,3 %), Maldivdən 93 nəfər (6,2 dəfə çox), Əfqanıstandan isə 7 nəfər (+75 %) turist gəlib.

Mərkəzi Asiya ölkələri arasında isə ən çox turist Qazaxıstandan olub - 5 min 676 nəfər. Bu istiqamətdə 2,5 % artım qeydə alınıb. Özbəkistandan 5 min 130 nəfər (+72,3 %), Türkmənistandan isə 2 min 282 nəfər (-20,2 %), Qırğızıstandan 758 nəfər (+23,5 %), Tacikistandan 675 nəfər (-16,1 %), turist gəlib.

Şimali-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Çindən olub – 2 min 595 nəfər. Bu istiqamətdə 0,3 % azalma qeydə alınıb. Cənubi Koreyadan 273 nəfər (+28,8 %), Yaponiyadan 171 nəfər (+17,9 %), Monqolustandan 46 nəfər (2 dəfə çox) turist gəlib, Şimali Koreyadan isə turist axını dayanıb. Sonuncu dəfə 2024-cü ildə həmin ölkədən 12 nəfər turist gəlmişdi.

Cənub-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Filippindən olub - 519 nəfər. Bu istiqamətdə 31,6 % azalma qeydə alınıb. İndoneziyadan 205 nəfər (+1,5 %), Malayziyadan 161 nəfər (+3,9 %), Sinqapurdan 50 nəfər (-7,4 %), Taylanddan 46 nəfər (+24,3 %), Vyetnamdan 24 nəfər (2 dəfə çox), Kambocadan 2 nəfər (ötən ilin yanvar ayında turist gəlməyib), Bruneydən 1 nəfər (eyni qalıb), Laosdan isə 1 nəfər (ötən ilin yanvar ayında olmayıb) turist gəlib.

Yanvarda Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 1 il əvvələ nisbətən 8 984 nəfər və yaxud 5 % çoxdur.

"Cebheinfo.az"

Избранный
89
1
cebheinfo.az

2Источники