RU

Noyer sıradan çıxdı

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Noyer sıradan çıxdı

"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqanın 25-ci turunda "Borussiya Münhenqladbax"la keçirilən matçda (4:1) zədələnib.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, 39 yaşlı qolkiperin sol baldır əzələsində kiçik yırtıq aşkarlanıb. Bu səbəbdən dünya çempionu fasilədə əvəzlənməli olub. Münhen təmsilçisi təcrübəli qapıçının müvəqqəti olaraq sıradan çıxdığını təsdiqləsə də, onun yaşıl meydanlara tam olaraq nə vaxt qayıdacağı barədə dəqiq vaxt açıqlamayıb.

Qeyd edək ki, cari mövsümdə "Bavariya"nın heyətində bütün turnirlərdə 29 oyuna çıxan Noyer onların 10-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
14
qol.az

10Источники