Bakı. Trend:
Son günlər bölgədə baş verən hadisələrlə əlaqədar olaraq,xüsusilə sosial şəbəkələrdə Türkiyə–Azərbaycan münasibətlərinə vəAzərbaycana qarşı həddi aşan tənqid, dezinformasiya və təxribatxarakterli paylaşımların yayıldığı müşahidə olunur.
Trend-inməlumatına görə, bu barədə Türkiyə Prezident AdministrasiyasınınKommunikasiyasi İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzindənbildirilib.
Bildirilir ki, sarsılmaz tarixi bağlar və ortaq dəyərlərləbir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan təkcə bu gün deyil,keçmişdə də bir çox sınaqlardan uğurla çıxıb.
Qeyd olunub ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan vəAzərbaycan Prezidenti İlham Əliyev tərəfindən liderlər səviyyəsindəirəli aparılan ikitərəfli münasibətlər bütün səviyyələrdə “Birmillət, iki dövlət” şüarı əsasında inkişaf etdirilir.
"İctimaiyyətdən bu qardaşlığa zərər verə biləcək həddi aşanbəyanatlar, dezinformasiya və qara təbliğat fəaliyyətlərinə qarşıdaha həssas yanaşmaları, həmçinin mühüm məsələlərlə bağlı Türkiyəvə Azərbaycan rəsmilərinin açıqlamalarını nəzərə almaları xahişolunur", - deyə bildirilib.