RU

Füzuli Məmmədov: “Sumqayıt”a qalib gələcəyimizə inanırdıq” – ARENA.AZ

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Hər iki komanda meydanda döyüşkən futbol nümayiş etdirdi. Meydanın hər mövqeyi uğrunda mübarizə getdi. Futbolçuların meydandakı döyüşkənliyi mənim üçün xoşdur. Pis olan odur ki, qapımıza iki penalti təyin olundu. Qapımızı toxunulmaz saxlamaq üçün çox çalışırıq. Oyun ərzində rəqibin elə də çox qol epizodu olmadı. Cərimə meydançasının içində diqqətsizlik etdik. Keçidlər zamanı yaxşı fürsətlərimiz oldu. Amma onları dəyərləndirə bilmədik. Qələbə qazanmaq istəyirdik. Futbolçular çox istəkli idilər. Onların hər birinə təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.

Hər oyuna ciddi hazırlaşırıq. Həm futbolçular, həm də məşqçilər korpusu olaraq oyunlara çox ciddi yanaşırıq. Bu matça da qələbə üçün çıxmışdıq. Qalib gələcəyimizə inanırdıq. Təəssüf ki, cərimə meydançasının daxilində səhv etdik. 2 qol vurub qələbə qazanmaq çətin olur. Sevindirici məqam odur ki, komanda 2 oyundur məğlub olmur. Xal fərqini aradan qaldırmaq üçün növbəti matçlarda mütləq qələbə qazanmalıyıq.

Qapıçı Pedro Mateusdan çox razıyam. Qapıçımız hər oyunda özünü yaxşı tərəfdən göstərir. Qapıçılar üzrə məşqçimizin işini də dəyərləndirməliyik. Pedro kritik qurtarışlar edir. Amma komandanın əziyyətini də yerə vurmaq istəmirəm.

Araz Abdullayev uzun müddət zədəli oldu. Bu oyuna kimi 3 məşqdə iştirak edib. Zədədən qayıtdıqdan 2 gün sonra yeni eyni yerdən ağrı hiss etdi. Onu müalicəyə göndərdik. Yaxşı müalicə keçdi. Qarşıda oyunlar var. Komandaya kömək etmək üçün çox çalışmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
61
6
arena.az

10Источники