RU

"Qalatasaray" - "Beşiktaş" matçının heyətləri açıqlandı

style='margin-bottom:10px;'>

Türkiyə Superliqasının 25-ci turunda bütün diqqətlər İstanbula yönəlib. Son üç mövsümün çempionu və hazırkı lider "Qalatasaray" "Beşiktaş"ın qonağı olacaq.

QOL.az xəbər verir ki, meydan sahiblərinin heyətində Emirhan Topçu və Əl-Bilal Ture zədə səbəbindən oyunu buraxmalı olacaqlar. "Qalatasaray" isə derbiyə tam heyətlə çıxır.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Beşiktaş": Ersin, Murilyo, Agbadu, Uduoxai, Rıdvan, Asllani, Ndidi, Orkun, Cerni, Olaitan, Oh.
"Qalatasaray": Uğurcan, Sallai, Davinson, Abdülkerim, Yakobs, Torreira, Lemina, Sane, Sara, Barış Alper, Osimhen.

Qeyd edək ki, "Qalatasaray" 58 xalla turnir cədvəlinə başçılıq edir. 46 xalı olan "Beşiktaş" isə 4-cü pillədə qərarlaşıb. 

Избранный
125
1
teleqraf.com

2Источники