ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Utanmıram, fəxr edirəm evimlə. Bu evdə uşaq, ütü, yaz otağı var. Amma mən çox xoşbəxtəm. Çünki hər kəsi ətrafımda yığmağı bacarıram. Arzu edirəm ki, övladlarımın balalarının da yanında olum".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Evdəkilərə salam" verilişində deyib. O, qızının ailəsinin də onlarla yaşadığını bildirib:
"Bəzən deyirlər ki, get, özün üçün yaşa, bu nə basırıqdır. Deyirəm ki, bu elə özün üçün yaşamaqdır. Bu tərəflər söküntüyə getdi. Amma bizim evin yanında yazdılar ki, dövlət tərəfindən qorunur. Nəvələrim də divarları yazıb. Sonra o biri də oldu. Düşündüm ki, o da yazsın. Sonra aboyu dəyişərik.
Kürəkənimə dedim ki, bu evi satıb başqa ev alaq. Dedi ki, Elza xanım, bu evi satmayın. Bura sizin muzeyinizdir. Bu köhnə tarixi küçədir.
Amma indi nəvəm böyüyüb, artıq ayrı otaq istəyir. Oğlum isə qayınatası ilə birlikdə ayrı yaşayır".
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.