“Barcelona” futbolçuları “Athletic Bilbao” ilə oyuna qollarında qara sarğı ilə çıxıblar.
Offsideplus.az xəbər verir ki, buna səbəb “Barselona”nın yarımmüdafiəçisi Pablo Qavinin nənəsinin vəfatıdır.
Komanda üzvləri futbolçunun nənəsinin xatirəsinə hörmət əlaməti olaraq matəm nişanəsi kimi qollarına qara sarğı taxıblar.