Almaniya II Bundesliqanda 25-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, heyətində azərbaycanlı hücumçu Mahir Emreli çıxış edən "Kayserslautern" səfərdə “Boxum”la üz-üzə gəlib.
Mahir görüşün 83-cü dəqiqədə meydana daxil olub.
Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 37 xalı olan "Kayzerslautern" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.