RU

Azərbaycanlı hücumçu Regionalliqada qələbəyə sevindi

Almaniyada Regionalliqa Nordostun növbəti turunun bir neçə oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo" səfərdə "Qreifsvalder" üzərində 1:0 hesablı qələbə qazanıb.

Dadaşov matçda bütün 90 dəqiqə meydanda olub.

Hazırda “Dinamo” turnir cədvəlində 23 xalla 14-cü pillədə qərarlaşıb.

Избранный
143
sportinfo.az

1Источники