RU

Almaniya İrandan səfirlik əməkdaşlarını təxliyə etdi

Almaniya hökuməti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Tehrandakı səfirlik əməkdaşlarını müvəqqəti olaraq İrandan çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə DPA agentliyi Almaniyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, təhlükəsizlik səbəblərinə görə əməkdaşlar müvəqqəti təxliyə olunub, lakin səfirliklə operativ əlaqə imkanları qorunub saxlanılır.

Qeyd edilib ki, konsulluq xidmətləri əvvəldən məhdudlaşdırılmışdı, vizalar şöbəsi isə artıq müvəqqəti bağlı idi.

Almaniyanın qərarı Tehrandakı səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək və Yaxın və Orta Şərqdəki vəziyyət fonunda xarici nümayəndəliklərin qorunmasını təmin etmək məqsədini daşıyır.

Musavat.com

Избранный
31
2
musavat.com

3Источники