RU

Küveyt neft hasilatını azaltdı

Bu qərar özlüyündə qlobal enerji sənayesi üçün növbəti pozuntu hesab olunur. Çünki Yaxın Şərqin Körfəz regionunda yerləşən obyektlərdə neft və qaz anbarları sürətlə dolur.

Artıq İraqdakı neft yataqları hasilatı azaldıb, Qətər isə böyük həcmdə qaz ixracı üzrə fors-major elan edib. Birləşmiş Ərəb Əmirliklərinin də növbəti addım olaraq hasilatı azaltması ehtimal olunur.

Fevral ayında Küveyt gündə təxminən 2,6 milyon barel xam neft hasil edirdi.

KPC bildirib ki, bu addım yalnız ehtiyat xarakteri daşıyır və vəziyyət dəyişərsə, yenidən qiymətləndiriləcək. Şirkət şərait imkan verən kimi hasilat səviyyəsini bərpa etməyə hazır olduğunu da qeyd edib.

Qətərin energetika naziriSaad əl-Kaabiisə cümə günüFinancial Timesqəzetinə müsahibəsində bildirib ki, İranla münaqişə davam edərsə və neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələrsə, bir neçə həftə ərzində Körfəz regionunun bütün enerji istehsalçıları ixracı dayandırmaq məcburiyyətində qala bilər.

Məhəmmədəli Həsənli
AzVision.az
Избранный
133
azvision.az

1Источники