RU

“BƏƏ əvvəlkindən daha güclü olacaq” Prezident

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İranın hücumları zamanı yaralanan və hazırda xəstəxanada müalicə alan bir qrup şəxsi ziyarət edib.

525.az BƏƏ mətbuatına istinadən xəbər verir ki, ölkə lideri Şeyx Şahbut Tibb Şəhərində müalicə alan xəstələrin sağlamlıq vəziyyəti ilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb. O, həmçinin tibb işçilərinin fədakarlığını, xəstələrə göstərdikləri diqqət və qayğını xüsusi vurğulayıb.

Prezident BƏƏ ilə yanaşı, Sudan, İran, Pakistan və Hindistandan olan zərərçəkənlərlə söhbət zamanı onlara bütün lazımı dəstəyin davam edəcəyini, hər kəsin təhlükəsizliyinin əsas prioritet olaraq qaldığını söyləyib.

“Burdakı yaralılar mülki şəxslərdir. Onların hamısı bizim məsuliyyətimizdədir və tam sağalacaqlar.  Silahlı qüvvələrimizə oynadıqları vacib rola və bu müharibə zamanı göstərdikləri üstün xidmətə görə təşəkkür etmək istəyirəm. Həmçinin digər təhlükəsizlik qurumlarına - Daxili İşlər Nazirliyinə, təhlükəsizlik xidmətlərinə, Mülki Müdafiəyə Nazirliyinə təşəkkür edirəm. Biz müharibə dövründəyik və söz verirəm ki, biz öz vəzifəmizi yerinə yetirəcəyik, çünki xalqımızı və ölkəmizi qorumaq borcumuzdur”, - Prezident deyib.

Əlavə edib ki, başqa bir mesajı BƏƏ-nin düşmənlərinə ünvanlanıb: “BƏƏ cəlbedicidir, gözəldir. BƏƏ bir modeldir. Amma mən onlara deyirəm: BƏƏ-nin görünüşü sizi aldatmasın. BƏƏ-nin qalın dərisi və acı əti var - biz asan ov deyilik. Biz ölkəmizə, xalqımıza qarşı borcumuzu yerinə yetirəcəyik. Hər kəsə söz verirəm ki, əvvəlkindən daha güclü şəkildə ortaya çıxacağıq. Şübhəniz olmasın”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
140
525.az

1Источники