RU

Yunanıstanda güclü zəlzələ oldu

Yunanıstanın qərbində, Albaniya sərhədinə yaxın ərazidə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Alman Geoloji Xidməti (GFZ) məlumat yayıb. Bildirilib ki, zəlzələ Yunanıstan-Albaniya sərhəd bölgəsində baş verib.

Qurumun açıqlamasında qeyd edilib ki, yeraltı təkanlar təxminən 5 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Избранный
99
4
hit.az

5Источники