RU

Qırğızıstanda mədən faciəsi: İki ölü, onlarla yaralı var

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində ağır qəza baş verib. İlkin məlumatlara görə, "Batken Munay" mədənində qaz sızması nəticəsində iki nəfər həyatını itirib, 18 nəfər isə müxtəlif dərəcəli zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.Demokrat.az xəbər verir ki, Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə yerinə dərhal xilasetmə qrupları cəlb olunub. Nazirlik xəsarət alan 18 mədənçinin vəziyyətinin hazırda qənaətbəxş olduğunu və onların lazımi tibbi yardım aldıqlarını bildirib.Xilasedicilər mürəkkəb əməliyyat nəticəsində həlak olan iki nəfərin cəsədini mədənin təxminən 200 metr dərinliyindən çıxararaq hüquq-mühafizə orqanlarına təhvil veriblər.Hazırda hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi araşdırma aparılır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
138
demokrat.az

1Источники