RU

Nəriman Axundzadə ABŞ-yə yollandı

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu “Kolambus Kryu” klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb.

KONKRET.az Report-a istinadla xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat yayıb.

Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.

N. Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.

Xatırladaq ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün “Qarabağ”a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Избранный
91
17
konkret.az

10Источники