RU

İranın Əlborz vilayətində neft anbarına hücum nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranınşimalında yerləşən Əlborz vilayətində neft anbarının vurulmasınəticəsində 6 nəfər ölüb.

Trend-inməlumatına görə, bunu İranın Əlborz vilayəti valisinin müaviniQüdrətulla Seyf yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 21 nəfər yaralanıb.

Seyf bildirib ki, neft anbarının vurulması nəticəsində baş verənyanğının gələn bir neçə saat ərzində tam şəkildə söndürülməsinəzərdə tutulub.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Избранный
318
1
az.trend.az

10Источники