RU

Lənkəranda avtomobil hasara çırpıldı, xəsarət alan var

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb. Belə ki, Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Heydərov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yaşayış evlərindən birinin hasarına və qaz borusuna çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
72
4
unikal.az

5Источники