RU

Azərbaycan və Bolqarıstan XİN başçıları İranın PUA hücumuna dair müzakirə aparıblar

Bakı. Trend:

8 mart tarixində Bolqarıstan Respublikasının xarici işlər naziriNadejda Neynski Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramova zəng vurub.

Trend xəbər verirki, bu barədə XİN məlumat yayıb.

Nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, ocümlədən Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyatakeçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.

Nazir Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlınarahatlığını ifadə edib, regional sabitliyin qorunmasınınvacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstanvətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyəgörə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan iləBolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın carivəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerjitəhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsiaparılıb.

Избранный
128
12
az.trend.az

10Источники