BAKI, 8 mart. TELEQRAF
Livanın cənubundakı Nəbatiyə şəhərinə endirilən İsrail aviazərbəsi nəticəsində Rus Mədəniyyət Evinin yerləşdiyi bina tamamilə dağılıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun direktoru Asaad Diya TASS-a telefonla açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisə təxminən bir saat yarım əvvəl baş verib. Məlumata görə, ölən və yaralanan olmayıb.
Diya qeyd edib ki, hərbi əməliyyatlar başladıqdan sonra Nəbatiyə şəhərində vəziyyət təhlükəli olduğuna görə mərkəzin fəaliyyəti dayandırılıb və əməkdaşlar təxliyə olunub.