RU

Şeyxülislam Romada iftar süfrəsində iştirak edəcək –Vatikanın dövlət katibi qatılacaq

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfərə gedib.

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Romada 9 mart tarixində Ramazanın İftar süfrəsi təşkil olunacaq.
QMİ sədri A. Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri İftar süfrəsində Zati-müqəddəsləri Papa XIV Leo həzrətlərini Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək.

Romadakı St. Regis Hoteldə keçiriləcək və İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi İftar süfrəsi Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq.

AzPost.az

Избранный
71
15
azpost.info

10Источники