RU

Demçenko: “Futbolçular cərimə olunacaqlar” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı oynadılar, layiqli qalibiyyət əldə etdilər. Hər bir komanda rəqibin ona verdiyi imkanlar qədər oynayır. Futbolçularım “Qarabağ”a imkan verdilər ki, onlar meydanda hər şeyi etsinlər. Bu oyunda fikrimiz başqa idi. “Qarabağ”a daha çox pressinq edib, futbolçulara yaxın oynayıb, onları topsuz saxlamaq istəyirdik. Pressinq komanda oyunudur. Hansısa oyunçu pressinq etməyəndə, bütün kollektivə təsir edir. Buraxdığımız ilk qol bizə çox təsir etdi. Qapıçımız səhv etdi, penaltidən əvvəl qapıçımız önə çıxaraq topu götürməli idi. Belə hal baş verirsə, rəqibə daha çox özgüvən verirsiniz və nəticə də belə olur. Bu cür oyuna görə azarkeşlərimizdən üzr istəyirəm. Onlar bu məyusluğa layiq deyildilər. Futbolda 11 nəfər yox, bütün komanda oynayır. Bu gün oyunda bizdə 2 qrup var idi, bir qrup oyunu istəyirdi, digəri istəmirdi. Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil. Məşqçilər korpusunun da səhvi var.

Bu cür məğlubiyyətdən sonra bərpa olmaq çətindir. Amma çalışacağıq ki, bərpa olaq və növbəti oyunlara hazırlaşaq.

“Qarabağ” kimi ÇL-də oynayan komandaya qarşı asan deyil. Matçdan əvvəl də bəzi futbolçularda narahatlıq var idi. Sanki çəkinirdilər. Bu da futbolçulara doğru qərar verməyə mane olur. Komandanı bir yerə yığıb, səhvləri axtaracağıq. Bu cür təsiredici məğlubiyyətdən sonra futbolçular cərimələnəcək. Bu, birbaşa klub prezidentinin göstərişidir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
78
2
arena.az

10Источники