RU

Qarabağ ın matçında “Futbol hamı üçün” aksiyası keçirildi

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Qarabağ"ın matçında “Futbol hamı üçün” aksiyası keçirildi

“Qarabağ” Futbol Klubunun təşkilatçılığı və klubun tərəfdaşı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Futbol hamı üçün” adlı sosial aksiya həyata keçirilib.

QOL.az xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Qarabağ"- "Araz-Naxçıvan" oyunundan öncə baş tutan aksiya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub.

Təşəbbüs çərçivəsində azyaşlı qız uşaqları futbolçularla birlikdə meydana çıxaraq “Futbol hamı üçün” mesajını azarkeşlərə çatdırıblar. Aksiyanın əsas məqsədi futbolda və cəmiyyətdə inklüzivlik, gender bərabərliyi və irqi bərabərlik kimi dəyərlərə diqqət çəkmək olub.

Bu təşəbbüslə bir daha vurğulanıb ki, futbol insanları birləşdirən, hər kəs üçün açıq olan və bərabərlik mesajı daşıyan universal bir oyundur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
133
1
qol.az

2Источники