RU

AZƏRBAYCANDA BU MƏHSULUN DA QİYMƏTİ ARTDI İrandakı müharibə səbəbindən + VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Novruz bayramı ərəfəsində balıq bazarlarında ən çox tələb olunan balıqlardan biri kütümdür.

Satıcılar deyirlər ki,  ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində Azərbaycana son günlər İrandan kütüm idxalı kəskin azalıb.

Onların sözlərinə görə, mövcud qıtlıq qiymətlərə də ciddi təsir edib. əvvəlki aylarda 10-15 manata təklif olunan kütüm indi 20-25 manata qədər bahalaşıb.

Kütüm balığı süni göllərdə yetişdirilmədiyi üçün bazar əsasən təbii ovdan asılıdır. Bu isə təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb olur. Bahalaşma digər balıq növlərində də hiss olunur. Xüsusilə forel balığı son günlər bazarlarda xeyli azalıb.

Satıcılar bildirirlər ki, xarici ölkələrdən balıq gəlişi davamlı olsa və ov həcmi artsa, bazarda qiymətlər tədricən sabitləşə bilər.//Xəzər TV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
109
9
azpolitika.info

10Источники