RU

ABŞ və İsrail arasında fikir ayrılığı yaranıb?

Vaşinqton və Təl-Əviv arasında İrana qarşı aparılan müharibənin taktikasına görə fikir ayrılığı yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid məlumat verib.

Onun sözlərinə görə, ABŞ İsrailin Tehrandakı neft anbarlarına endirdiyi genişmiqyaslı zərbələrdən narazı qalıb.

Ravid qeyd edib ki, İsrail planlaşdırılan hücumlar barədə əvvəlcədən ABŞ-ı məlumatlandırıb. Lakin Pentaqonda daha çox dəqiq və məhdud hədəfli əməliyyatlar gözlənilirdi və hücumların belə geniş miqyas alacağı düşünülmürdü.

Vaşinqtonda hesab edirlər ki, bu cür zərbələr İran cəmiyyətində İsrailə qarşı daha güclü reaksiyaya səbəb ola və nəticədə əhalinin mövcud hakimiyyət ətrafında daha da birləşməsinə gətirib çıxara bilər.

Bizim.Media

Избранный
109
50
bizim.media

10Источники