RU

Portuqaliyada dramatik oyun: “Portu” qaçdı, “Benfika” yaxaladı VİDEO

ain.az, Idman.biz saytına istinadən bildirir.

Portuqaliya Premyer Liqasının 25-ci turu çərçivəsində mövsümün ən böyük qarşılaşmalarından biri baş tutub. Fransesko Fariolinin rəhbərlik etdiyi lider “Portu” səfərdə Joze Mourinyonun çalışdırdığı “Benfika”nın qonağı olub. “Estadio da Luz” stadionunda keçirilən gərgin mübarizə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar 10-cu dəqiqədə Viktor Froholdtun qolu ilə önə keçiblər. 40-cı dəqiqədə Oskar Pyetuzevski fərqi ikiyə çatdıraraq “Portu”nu fasiləyə böyük üstünlüklə yollayıb.

Lakin ikinci hissədə “Benfika” möhtəşəm geri dönüşə imza atıb. 69-cu dəqiqədə Andreas Şelderup fərqi minimuma endirib. Matçın sonlarına yaxın, 88-ci dəqiqədə Leandro Barreiro vurduğu qolla tarazlığı bərpa edərək meydan sahiblərini məğlubiyyətdən xilas edib.

Qarşılaşmanın əlavə vaxtı isə gərginliklə yadda qalıb. “Benfika”nın baş məşqçisi Joze Mourinyo və təcrübəli müdafiəçi Nikolas Otamendi qırmızı vərəqə alaraq meydandan qovulublar.

Bu nəticədən sonra xallarını 66-ya çatdıran “Portu” liderliyini davam etdirir. “Benfika” isə 59 xalla rəqibini təqib edir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
89
1
icma.az

2Источники