RU

Taxıl yüklü 7 vaqon ErmənistanaGEDİR - YENİLƏNİB

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.

Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 21 min tondan çox taxıl (bugünkü 488 ton daxil olmaqla) göndərilib.

***

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Redaktor.az  xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndəriləcək.

Qatar Gürcüstandan keçərək Ermənistana yol alacaq.

Xatırladaq ki, fevralın 4-də ölkəmizdən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan səkkiz vaqondan ibarət yük qatarı yola salınıb.

22
Избранный
100
16
redaktor.az

10Источники