RU

ABŞ-dan diplomatlarına xəbərdarlıq:  Səudiyyə Ərəbistanını dərhal tərk edin

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı səfirliyində çalışan diplomatları ailələri ilə birlikdə ölkəni tərk etməyi tapşırıb.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ-ın Ər-Riyaddakı səfirliyindən verilən açıqlamasında yer alıb.

Açıqlamada qeyd olunur ki, Dövlət Departamenti  xüsusi vəzifələrə təyin olunmuşlar istisna olmaqla, Ər-Riyad səfirliyindəki bütün işçilərə və onların ailələrinə təhlükəsizlik riskləri səbəbindən ölkəni tərk etsinlər.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti  martın 3-də  Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki bütün dövlət qulluqçularının, vacib vəzifələri olanlar istisna olmaqla, ölkəni tərk etmələri barədə göstəriş verib.

Mürtəza

Избранный
130
olke.az

1Источники