RU

Almaniyada yaşayış binasının damına meteorit parçası düşdü − Video


Almaniyanın qərbindəki Reynland-Pfalts əyalətinin Koblenz şəhərində 8 mart axşamı yaşayış binasının damına meteorit parçası düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
“Bu axşam, saat 19:00 radələrində, Koblenzin Güls rayonundakı yaşayış binasının damına kömürləşmiş səma cismi düşüb. Heç kim xəsarət almayıb”, - məlumatda deyilib.
“ZDF Heute”ün məlumatına görə, meteorit parçası damı dəşərək yataq otağına düşüb, lakin həmin otaqda heç kim olmayıb.
Polis sözçüsü bildirib ki, düşən meteoritlər Hunsrück və Eifel bölgələri də daxil olmaqla digər bölgələrdəki evlərə də zərər vurub.
Избранный
42
2
yeniavaz.com

3Источники