Bakı. Trend:
Martın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıdavə Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin9-dan 10-da keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalıvar. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzolunacaq.
Havanın temperaturu gecə 2 dərəcədən 4°-dək, gündüz 5-8° istiolacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 779 mm civəsütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 %təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi şərqrayonlarında arabir intensivləşəcəyi ehtimalı var. Axşama doğruyağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-10° isti, dağlardagecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz2-7° şaxta olacaq.