RU

Naxçıvan aeroportunun fəaliyyəti bərpa edildi

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib.

Publika.az Report-a istinadla xəbər verir ki, hazırda aeroportun İranın dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.

Избранный
108
50
publika.az

10Источники