RU

“Qırmızı cizgiləri” aşan İran ram edildi?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ və İsrailin intensiv hücumları İranı təmamilə diz çökdürməkdir”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və son hücumların nəticələri barədə fikirlərini bölüşərkən bildirib. Onun sözlərinə görə, ABŞ və İsrail İrana hücumları mərhələli şəkildə həyata keçirir.

“Görünən odur ki, hər mərhələnin öz hədəfləri var. Bu hədəflər istiqamətində addımlar atılır. İlk günlər bizim diqqətimizi çəkən məsələ ondan ibarətdir ki, ABŞ və İsrail İranda əsasən strateji əhəmiyyət kəsb edən obyektləri hədəfə alırdı.

Belə ki, son bir həftə ərzində hücumlar fonunda İranın hərbi donanması ciddi zərər görüb – 42 gəminin sıradan çıxarıldığı qeyd olunmaqdadır. 

Bundan başqa, ABŞ və İsrail hərbi hava qüvvələri İranda ballistik raket anbarlarının, xüsusilə raket istehsalı müəssisələrin məhv edilməsi istiqamətində də əməliyyatlar həyata keçirib. 

İranın hava hücumundan müdafiə sistemləri də zərərsizləşdirilib. Bununla da ABŞ və İsrail İranın hava məkanında tüm üstünlüyü əldə ediblər. Yəni İranın hava məkanı bu iki ölkənin nəzarəti altındadır”.

O.Qasımov əlavə edib ki, İranın digər hərbi strateji obyektləri – aerodromlar, hava və dəniz limanları, eyni zamanda neft-qaz emal sektoru və dəniz suyunu duzlaşdıran istehsal sahələri hədəfə almaqdadır:

“Son məlumatlara görə, dünənki hücumlarda 20-dən artıq neft anbarları vurulub. Bunu İrana qarşı hərbi əməliyyatlar ilə bağlı planın tərkb hissəsi kimi dəyərləmdirmək lazımdır. 

İranda neft emalı zavodlarına və neft anbarlarına raket zərbələrinin endirilməsinin əsas məqsədi ölkədə ciddi enerji qıtlığı yaratmaq və enerji sektorunu çökdürməkdir. 

Neft-qaz sektoru da İranın əsas gəlir mənbəyi hesab olunur. Bu sektorun zərər görməsi, əlbəttə ki, İranın can damarına ağır zərbə vuracaq. Müharibənin getdiyi bir zamanda bu, ölkədə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq”.

 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
1
cebheinfo.az

2Источники