RU

Daha 5 azərbaycanlı Ukraynada həlak oldu SİYAHI

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsində Azərbaycan əsilli hərbçilərin ölüm və itkin düşməsi halları qeydə alınmağa davam edir.

Gununsesi.info-ın əldə etdiyi məlumata görə, döyüşlərdə daha 5 həmyerlimizin ölüm faktı təsdiqlənib.

Belə ki, Rusiya ordusunun sıralarında vuruşan Rəhimov Rafiq Ənvər oğlu (1983-cü il təvəllüd), Qəribov Teymur Əmrah oğlu (1989-cü il), Həsənov Sadıx Qabil oğlu (1978-ci il), Abdullayev Rəşid Nizaməddin oğlu (1989-cu il) və Aydoğan Səbahəddin İzzəddin oğlu (2001-ci il) Rusiya-Ukrayna cəbhəsinin Donetsk, Zaporojye və Xarkov vilayətləri istiqamətlərində keçirilən döyüş əməliyyatlarında həlak olub.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsində bu vaxta qədər yüzlərlə azərbaycanlı həyatını itirib yaxud itkin düşüb.

Gununsesi.info (Modern.a)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
5
icma.az

6Источники