Ajans.az xəbər verir ki, bu barədə Polşa Parlamentinin Milli Seçki Komissarı və Seym sədrinin müavini Dorota Niedziela məlumat verib. Onun sözlərinə görə, səsvermənin nəticələrinə əsasən, koalisiya lideri vəzifəsinə namizəd Donald Tusk 16 695 etibarlı səsdən 16 316-nı qazanıb. Namizədin seçilməsinin əleyhinə isə 379 səs verilib. Beləliklə, Tusk səslərin təxminən 97 faizini toplayaraq koalisiyanın sədri seçilib. Qeyd olunub ki, Donald Tusk Vətəndaş Koalisiyasının lideri postuna yeganə namizəd olub.